Rusiya Daxili İşlər Nazirliyi İstanbulda saxlanılan azərbaycanlı qanuni oğru Nadir Səlifovun (Lotu Quli) Moskvaya təhvil verilməsi üçün Beynəlxalq Cinayət Polisi İdarəsinin (İnterpol) mərkəzi ofisinə müraciət edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Rosbalt”a danışan mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, nazirlik oktyabrın 25-də “İnterpol”a yenidən müraciət edərək Nadir Səlifovun adının beynəlxalq axtarışda olanlar siyahısında olduğunu bildirib və bununla bağlı sənədləri təqdim edib. Hələ ki məsələ ilə bağlı hər hansı cavabın verilmədiyi deyilir.
Mənbə bildirib ki, Türkiyə Nadir Səlifovun yalnız dəhşətli bir cinayət törətdiyi halda ekstradiyasını qəbul edir.
Qeyd edək ki, Nadir Səlifov Rusiyada iki nəfərin qaçırılmasını təşkil etməkdə və şantaj yolu ilə pul almaqda təqsirləndirilir. “Rosbalt”ın yazdığına görə, qanuni oğru Rusiya Cinayət Məcəlləsinin 209-cu maddəsi (mütəşəkkil cinayətkarlıq) ilə də ittiham edilə bilər.