Ötən gün saat 20:30 radələrində Balakəndə 75 yaşlı qadının asılmış meyidi tapılıb.
Balakən rayon prokurorunun köməkçisi Fərid Hüseynovun ANS PRESS-ə verdiyi məlumata görə, hadisə Katex kəndində qeydə alınıb.
Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub. Araşdırmalar zamanı məlum olub meyidi tapılan 1939-cu il təvəllüdlü Şamsu Nəcməddin qızı Məmmədovadır. Onun intihar etdiyi məlum olub.
“Qadının maddi durumu da yaxşı olub. Bir oğlu və bir qızı var. Onlar Bakıda yaşayırlar. Lakin qadın rayonda tək qalır. Oğlu mütəmadi olaraq anasına baş çəkirdi. Elə dünən də səhər oğlu anasına baş çəkibmiş. Qadının iki ali təhsili olub. Heç bir psixoloji problemləri olmayıb. Bizim özümüz üçün də qadının intihar etməsinin səbəbləri maraqlıdır”, - deyə Fərid Hüseynov bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.