1 Noyabr 2018 13:43
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dələduzluqla məşğul olan şəxslərin tutulması üçün əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsinin 17-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı vaxtlarda Bakı şəhər sakinləri olan 6 nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Aydın Qanbayev saxlanılıb.

Bundan başqa, Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə Bakı şəhər sakini S.Rəcəbovun 9700 manat pulunu aldadaraq almaqda şübhəli bilinən paytaxt sakini Həmid Abdinov saxlanılıb.

Onun Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər