1 Noyabr 2018 14:40
966
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda dostunu küçədə qətlə yetirən Əli Nağıyev barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı müstəntiqin təqdimatına baxılıb.

Teleqraf.com xəbər verir ki, bu gün Səbail rayon Məhkəməsində hakim Mədinə Bağırovanın sədrliyi ilə baş tutan prosesdə müstəntiqin təqdimatı təmin olunub.

Əli Nağıyevin barəsində təyin olunmuş həbs müddəti daha 2 aya qədər uzadılıb.

İttihama görə, 8 fevral 2017-ci il tarixində Səbail rayonunun Bayıl qəsəbəsində Naxçıvan sakini, 1985-ci ildə Əli Nağıyev dostunu qətlə yetirib. Daha sonra ölkə hüdudlarını keçərək, Gürcüstan respublikasına gedib.

Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində axtarış verib. Bu ilin iyununda Əli Nağıyev həbs edilib, iyunun 27-də Gürcüstandan Bakıya ekstradisiya olunub.

İstintaqın gəldiyi nəticəyə görə, Əli Nağıyev dostu ilə dalaşaraq onu bıçaqlayıb. Bıçaqlanan şəxs hadisə yerindəcə ölüb. Əli Nağıyev dostunu küçədə qan içində qoyaraq qaçıb və hüquq-mühafizə orqanlarının əlinə keçməmək üçün qonşu ölkədə özünə sığınacaq tapıb.

Əli Nağıyev barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Hazırda Səbail rayon Prokurorluğunda istintaq davam edir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər