Abşeron rayonunda qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən İlham Qədirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
İlham Qədirov 5 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan İlham Qədirov barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs olunub.
İttihama görə, hadisə bu il iyunun 2-də Abşeron rayonunda baş verib. İlham Qədirov Müşfiq qəsəbəsində 50 manat pul üstündə xalası oğlu Xəyyam Babayevi bıçaqlayıb.
Əvvəllər məhkumluq həyatı yaşayan İlham Qədirov cinayəti Müşviq qəsəbəsində törətdiyini etiraf edib.
O, xalası oğlunun yaşadığı evə gəlib və 3 gün əvvəl borc kimi verdiyi 50 manat pulu tələb edib. Onlar məsələni yeyib-içdikdən sonra həll etmək qərarına gəliblər.
İlham Qədirov içki məclisi zamanı Xəyyam Babayevi bıçaqlayaraq hadisə yerində qaçıb.
Polis onu sonradan həbs etsə də, barəsində həbs qətimkan tədbiri seçilməyib.