1 Noyabr 2018 17:31
963
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda quldurluq etməkdə təqsirləndirilən Samir Ramazanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Samir Ramazanov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Samir Ramazanov paytaxtın Nizami rayonunda bu il aprelin 18-də Bakı şəhər sakini Rəsul Bayramovun 50 manat pulunu quldurluq yolu ilə ələ keçirib.

Samir Ramazanov əvvəllər də məhkumluq həyatı yaşayıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər