2 Noyabr 2018 09:41
1 546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Təranə Qumralın barəsində olan cinayət işi üzrə məhkəmə hökmündən verilən apelyasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, Təranə Qumralın apelyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Nərimanov rayon Məhkəməsinin hökmü ilə Təranə Qumral 4 min manat məbləğində cərimə edilib.

Müğənni Təranə Qumralla həmkarı Nazənin Salayeva arasında qalmaqal ANS-in “Bazar səhəri” verilişində başlayıb.

Nazənin Salayeva canlı efirə zəng edib və Təranə Qumrala “Səni ərimlə tutdum” deyib.

Təranə Qumral isə öz növbəsində Nazənin Salayevanın barəsində xoş olmayan ifadələr işlədib.

Buna görə də Nazənin məhkəməyə müraciət edib.

Nazənin məhkəmədə həyat yoldaşının Təranə Qumralla intim münasibəti olduğunu sübut edib.

Təranə Qumral Nazənin Salayeva və onun həyat yoldaşı Məhəbbət Həsənovdan üzr istəməli, barəsində dediklərinə təkzib verməsi barədə qətnamə çıxarılıb.

Lakin Təranə Qumral məhkəmə qətnaməsini icra etmədiyi üçün barəsində Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmə qərarını icra etməmə) maddəsi ilə cinayət işi başlanıb.

Təranə Qumral Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmə qərarlarını icra etməkdən boyun qaçırma) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər