Bakıda yetkinlik yaşına çatmayan qıza qarşı əxlaqsız hərəkətlər etməkdə şübhəli bilinən şəxs həbs edilib.
Teleqraf.com xəbər verir ki, bu Bakı şəhər sakini Cavid Əzizağa oğlu Əhmədovdur.
Cavid Əhmədov paytaxtın Xətai rayonunda 14 yaşına çatmayan Sevda Məmmədovaya (ad və soyad şərti verilib – red.) əxlaqsız hərəkətlər edib.
Cavid Əhmədovun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Xətai rayon Məhkəməsinə təqdimat göndərilib.
Hakim Habil Məmmədovun sədrliyi ilə baş tutan prosesdə istintaq orqanını təqdimatı təmin olunub.
Cavid Əhmədovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
İstintaq orqanı tərəfindən Cavid Əhmədovun barəsində Cinayət Məcəlləsinin 153.2-ci (14 yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə) maddəsi ilə ittiham elan edilib.