5 Noyabr 2018 21:13
1 016
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyan rayonunda Məşhəd və Kərbəla ziyarətinə getmək istəyənləri aldadaraq pullarını mənimsəyən şəxs saxlanılıb.

Rayonun Xalac kənd sakini Cəmil Gülağa oğlu Mirzəyev Salyan rayon Polis şöbəsinə müraciət edib.

O, bildirib ki, təsadüşən tanış olduğu Miramil adlı şəxs ondan iki nəfərin Məşhəd və Kərbəla ziyarətlərinə aparılması üçün 640 manat pulunu və ümumvətəndaş pasportunu alıb, lakin vədinə əməl etməyib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində özünü Miramil kimi təqdim edən şəxsin 1986-cı il təvəllüdlü, Şirvan şəhər. H.Əliyev küçəsi, ev 46, mənzil 34 ünvanında yaşayan Amil Əlisəfa oğlu Zeynalov olduğu müəyyənləşib.

Aparılmış araşdırma zamanı məlum olub ki, Cəmil Mirzəyev Nigar Hacıağa qızı Sadıqova və Sona Budaq qızı Həsənovanın Məşhəd və Kərbəla ziyarətinə aparılması üçün Amil Zeynalova bu il oktyabrın 8-də rayonun Qarabağlı kəndində 320, oktyabrın 10-da isə Xalac kəndində 320 manat pul verib. Lakin A.Zeynalov həmin şəxsləri ziyarətə aparmayıb. Özü isə qeyd olunan ziyarətlərdən qayıdarkən saxlanılıb və törətdiyi əməli etiraf edib.

Faktla bağlı Salyan rayon Polis şöbəsində araşdırma aparılır.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər