Rusiya Premyer Liqasında 13-cü turun oyunları davam edir.
Teleqraf.com-un məlumatına görə, millimizin hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu “Krılya Sovetov” "Ufa"nın qonağı olub. Matç qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
"Ufa" - "Krılya Sovetov" - 1:2
Qollar: Samardziç, 18 (0:1), Susayev, 67 (1:1), Yakovlev, 90 (1:2)
Görüşə ehtiyat oyunçular skamyasında başlayan R.Şeydayev 70-ci dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, bu, Ramilin Samara klubunun heyətində 2-ci rəsmi oyunu olub.