11 Noyabr 2018 14:41
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində oğurluqla məşğul olan şəxsin tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, şəhər sakini Rüstəm Quliyev 4-cü polis bölməsinin əməkdaşları tərəfindən yaxalanıb.

Onun şəhər ərazisində 1 avtomobildən maqnitofon, 1 qarajdan kondisioner, 1 həyətyanı sahədən 2 ev quşu, 1 köşkdən tütün məmulatı və Rəşad Məmmədova məxsus yardımçı təsərrüfatdan 14 göyərçin oğurlaması müəyyən edilib.


Müəllif: Hacı Zeynalov