12 Noyabr 2018 10:08
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvan şəhərində oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, şəhər ərazisindəki 3 mağazadan pul, tütün məmulatı və sərinləşdirici içki oğurlanıb.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində cinayətləri törətməkdə şübhəli bilinən Yevlax rayon sakini N.Kərimova, onun dəstəsinin üzvləri olan iki yeniyetmə saxlanılıb.

Məlum olub ki, həmin yeniyetmələrdən biri Yevlax, digəri isə Yardımlı sakinləridir.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov