Gəncə şəhərində silah-sursatın aşkar olunması barədə əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin “102-Zəng Mərkəzi”nə müraciət edən Gəncə şəhər sakini S.Verdiyev yaşadığı Ə.Nəzmi küçəsindəki evin həyətində qazıntı işləri apararkən silah-sursat tapdığını bildirib.
Məlumatla əlaqədar dərhal Nizami rayon Polis İdarəsi əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.
Hadisə yerinə baxış zamanı 1 ədəd F-1, 1 ədəd RQ-42 və 1 ədəd DM-41 qumbarası, 2 ədəd UZRQM və 1 ədəd DM-41 markalı partladıcı, habelə 112 ədəd müxtəlif çaplı patron (paslanmış vəziyyətdə) tapılaraq ANAMA-nın əməkdaşlarına təhvil verilib.