Azərbaycanda axtarışda olan Haldun Hacıyev Türkiyə Respublikasında saxlanılıb.
Teleqraf.com xəbər verir ki, Haldun Hacıyev Azərbaycanın Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə interpol vasitəsi ilə axtarışda olub.
Haldun Hacıyev Azərbaycana ekstradisiya edilib.