Biləsuvar rayonunda qətl hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Biləsuvar rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Çaylı kəndində qeydə alınıb. Kənd sakini 1992-ci il təvəllüdlü Kamran Hüseyinli həmkəndlisi 1986-cı il təvəllüdlü Elşən Astanov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.
Onların mübahisəsi davaya çevrilib. Bu zaman Kamran üzərindəki bıçaqla Elşənin sinə nahiyyəsinə bir bıçaq zərbəsi endirib. Elşən Astanov aldığı xəsarətdən ölüb.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov