13 Noyabr 2018 15:14
969
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda narkotik alveri ilə məşğul olduğu üçün axtarışda olan şəxsin tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Xəzər rayon Polis İdarəsinin 2-ci polis şöbəsi və Salyan rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rizvan İbrahimov saxlanılıb.

O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olub.

Məlum olub ki, Rizvan İbrahimov əvvəllər də eyni maddə ilə məhkum olunub.

Onun Binə qəsəbəsindəki evinə baxış zamanı isə 189,415 qram heroin, 4,497 qram tiryək, 9,899 qram marixuana və 37 ədəd metadon aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov