Bakıda dələduzluqda təqsirli bilinən Minarə Fərzəliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Minarə Fərzəliyeva 5 il müddətinə azadlıqdan məhrum edilib.
Onun barəsində seçilmiş polis nəzarəti qətimkan tədbiri ləğv edilib. Barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalında həbs olunub.
İttihama görə, Minarə Fərzəliyeva qızıl ticarəti adı ilə Zümrüd Göyüşovaya məxsus "Laçın" Ticarət Mərkəzində qızıl dükanından 132 min manat dəyərində qızıl alıb və geri qaytarmayıb.
İstintaq orqanı tərəfindən Minarə Fərzəliyevanın barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham olunub.