15 Noyabr 2018 16:52
1 348
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda qətl törətməkdə təqsirli bilinən Şamil Fətiyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması barədə istintaq orqanının vəsatətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Nizami rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, istintaq orqanını vəsatəti təmin olunub.

Şamil Fətiyevin barəsində seçilmiş həbs qətimkan tədbiri 2 ay müddətinə uzadılıb.

İttihama görə, bu il avqustun 27-də paytaxtda taksi sürücüsü işləyən 1989-cu il təvəllüdlü Rauf Qəribov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə qətli törətməkdə şübhəli bilinən paytaxt sakini Şamil Fətiyev saxlanılıb.

Qeyd edək ki, Rauf Qəribov Füzuli rayonundan məcburi köçkündür və Nizami rayonu ərazisindəki məcburi köçkünlərin məskunlaşdığı 8 saylı yataqxananda yaşayıb.

Rauf Qəribovun qardaşı 1991-ci il təvəllüdlü Firudin Qəribovun avqustun 14-də, gecə saatlarında rayon ərazisində olan parklardan birində Şamil Fətiyev ilə mübahisəsi düşüb.

Bu zaman Şamil Fətiyev Firudin Qəribovu döyüb, həmçinin ayaq və üz nahiyəsinə bıçaq xəsarətləri yetirib.

Firudin Qəribov hadisə yerindən qardaşı Rauf Qəribova zəng vuraraq onu köməyə çağırıb.

Taksi fəaliyyəti ilə məşğul olan Rauf Qəribov hadisə yerinə gəlib. Dava zamanı Şamil Fətiyev Rauf Qəribovu da ürək nahiyəsindən bıçaqlayıb.

Rauf Qəribov "Azərsutikinti" xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

İstintaq orqanı tərəfindən Şamil Fətiyevin barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olun xuliqanlıq hərəkətləri törətmək) maddələri ilə ittiham elan edilib.

Hazırda Nizami rayon Prokurorluğunda istintaq hərəkətləri davam edir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər