Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Bəxtiyar Rəsulovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Bəxtiyar Rəsulov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Binəqədi qəsəbəsi ərazisində Bəxtiyar Rəsulov idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb.
Nəticədə sürücünün sərnişini, əmisi oğlu Firuddin Rəsulov ağır xəsarət alıb. Daha sonra yaralı xəstəxanaya aparılarkən yolda ölüb.