16 Noyabr 2018 14:23
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xızı rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Xızı rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Ağdərə kəndi yaxınlığında yerləşən fermaların birindən 29 baş iri buynuzlu heyvan oğurlayaraq zərərçəkmişlərə 30.000 manata qədər maddi ziyan vuran iki şəxs saxlanılıb.

Araşdırmalarla onların Abşeron rayonu Ceyranbatan qəsəbə sakinləri Xətai Ələkbərli və Vicay Təhməzov olduqları müəyyən edilib.

Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayəti etiraf edərək, iri buynuzlu heyvanları satmaq məqsədi üçün oğurladıqlarını bildiriblər.

Oğurlanmış 29 baş iri buynuzlu heyvan maddi sübut kimi polis əməkdaşları tərəfindən aşkar edilərək zərərçəkmişə qaytarılıb.

Faktla bağlı cinayət işi açılıb, onların başqa oğurluq hadisələrində iştirak edib-etməmələri araşdırılır.


Müəllif: Hacı Zeynalov