Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, 20-ci polis bölməsinə müraciət edən rayon ərazisində kirayədə yaşayan Biləsuvar rayon sakini N.Kazımlı müraciət edib. O, noyabrın 5-də bank hesabından kart vasitəsilə 46 manatının çıxarılaraq oğurlandığını bildirib.
Polis əməkdaşlarının əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini N.Mehdiyeva qısa müddətdə müəyyən edilərək saxlanılıb.