Salyan rayonunun Şorsulu kəndində ağır yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Masallı rayon sakini Qulamhüseyn Qasımovun idarə etdiyi “VAZ-2106” və Lənkəran rayon sakini Mübariz Rufullayevin idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. Q.Qasımovun sərnişini, arvadı Nənəcan hadisə yerində ölüb, özü xəstəxanaya yerləşdirilib.
Daha bir yol qəzası Cəlilabad rayonunun Xənəgah kəndində qeydə alınıb. Lallar kənd sakini Sehran Hətəmov idarə etdiyi “VAZ-2107” markalı avtomobili aşırıb. S.Hətəmovun sərnişini, həmkəndlisi Cəfər Cəfərov hadisə yerində ölüb, özünə xəstəxanada ilkin tibbi yardım göstərilib.
Hacı Zeynalov