Bakının Yasamal rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisində Bakı şəhər sakinləri olan 2 nəfərin velosipedləri oğurlanıb.
26-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Xəyyam Məmmədov saxlanılıb.
Məlum olub ki, o, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunub.
Faktla bağlı cinayət işi başlanıb.