Bakının Suraxanı rayonunda soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Bülbülə qəsəbəsində naməlum şəxs R.Əsədovaya zor tətbiq edib, onun çantasını alıb.
31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Renat Əhmədov saxlanılıb.
Məlum olub ki, Renat Əhmədov əvvəllər də məhkum olunub.
Faktla bağlı cinayət işi başlanıb.