Bakının Nizami rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisində Bərdə rayon sakini Xalidə Balıyevanın çantasından 1225 manat və bankomat kartları oğurlanıb.
24-cü polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini Bərzu Həşimov saxlanılıb.
Onun əvvəllər də məhkum olunduğu üzə çıxıb.
Faktla bağlı cinayət işi başlanıb.