Bakının Nizami rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Z.Bəkirovanın çantasından içərisində 300 manat, 50 ABŞ dolları və sənəd olan pulqabısı oğurlanıb.
25-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Konstantin Qnuşey tutulub.
Onun daha 3 qadının çantalarından pul və sənəd oğurlaması da müəyyən edilib.