19 Noyabr 2018 12:09
2 600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Adam oğurluğu, şantaj və seksual xarakterli zorakılıq hərəkətləri törətməkdə təqsirli bilinən Bakı şəhər sakinləri – Əzizbala Rəcəbov və onun qardaşı Saleh Rəcəbovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Əzizbala Rəcəbov qardaşı Saleh Rəcəbov ilə 30 iyun 2015-ci il tarixdə, saat 16 radələrində birgə kənd təsərrüfatı mallarının alqı-satqısı ilə məşğul olduğu şəriki Nəsimi Babayevi (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) aldadıblar.

İş adamı oğurlandı

Onlar birlikdə Nəsimi Babayevə məxsus “Opel” markalı avtomobilə miniblər və Əzizbalanın yaşadığı Xətai rayonu, Cavanşir küçəsində yerləşən evinə gəliblər. Orada ağır elektrik sobasının düşürülməsinə kömək etməsi adı ilə Nəsimi Babayevi aldadıb digər mənzilə aparıblar.

Əzizbala mənzildə qardaşı Salehilə birlikdə Nəsimiyə həyat və sağlamlığı üçün təhlükəli olmayan xəsarətlər yetirib, onu kəndirlə oturacağa bağlayıblar.

Mənzildə girov

Qardaşlar Nəsiminin üstündə olan 1400 manat pulunu götürüblər. Daha sonra onlar Kürdəxanı qəsəbəsində pomidor yığımında Nəsimiyə kömək etməsi adı ilə keçmişdə onunla qeyri-rəsmi ər-arvad münasibətində olmuş Nəsibəni həmin mənzilə çağırıblar.

Rəcəbov qardaşları Nəsibənin yanında Nəsimiyə həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq ediblər, bıçaqla onun üz nahiyəsinə xəsarət yetiriblər.

Qadınla cinsi əlaqəyə girməyə təhrik

Onlar zorakı hərəkətlərinin qarşısını almağa çalışan Nəsibəyə də zor tətbiq ediblər. Hər iki qardaş Nəsibəni Nəsimi ilə cinsi əlaqəyə girməyə və ya seksual xarakterli digər hərəkətlərə məcbur ediblər.

Bununla da Rəcəbov qardaşları Nəsiminin Nəsibə ilə seksual xarakterli hərəkətlərini videoya çəkiblər.

Daha sonra Əzizbala və Saleh Rəcəbov qardaşları Nəsibəni yaşadığı Nizami rayonu, Naxçıvanski küçəsindəki evinə aparıblar.

Video çəkiliş, rüsvayedici məlumat

Orada onlar Nəsibədən Nəsimi Babayevin ona saxlamağa verdiyi 5400 manat pulu tələb ediblər. Rəcəbovlar qeyd olunan məbləğdə pulu götürüb və yenidən həmin mənzilə qayıdıblar.

Daha sonra yenidən Nəsimini seksual hərəkətlərə vadar etdiriblər. Onlar telefonla qeydə aldıqları rüsvayedici görüntüləri Nəsiminin yaxınlarına göndərəcəkləri, internet portallarında yayacaqları ilə hədələyiblər.

Qardaşlar hədə-qorxu gəlməklə Nəsimi Babayevdən 6500 manat dəyərində olan “Opel” markalı avtomobili onların adına keçirməyi tələb ediblər.

Girovluqdan azad olunduqdan sonra Nəsimi Babayev qardaşlardan hüquq-mühafizə orqanlarına şikayıt edib.

İki qardaşın 11 maddəli cinayət işi

İstintaq orqanı tərəfindən Əzizbala və Saleh Rəcəbov qardaşlarına Cinayət Məcəlləsinin 144.2.1-ci (iki və ya daha çox şəxs barəsində adam oğurluğum törətmək), 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu törətmək), 144.2.4-cü (zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu törətmək), 144.2.5-ci (silahdan yaxud silah qismində istifadə edilən əşyalardan istifadə etməklə adam oğurluğu törətmək), 150.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri törətmək), 150.2.5-ci (təkrar seksual xarakterli zorakılıq hərəkətləri törətmək), 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə), 180.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən soyğunçuluq etmək), 180.2.4-cü (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq etmək), 180.2.5-ci (zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla soyğunçuluq etmək) və 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib.

İki qardaşın cəzası

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əzizbala Rəcəbov 14 il, Saleh Rəcəbov isə 13 il müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər