19 Noyabr 2018 13:45
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda silahlı insident olub.

Teleqraf.com xəbər verir ki, Şüvəlan qəsəbəsi ərazisində yerləşən pansionatın qarşısında Sərvər Quliyev güllə xəsarəti, onun ögey qardaşı, əvvəllər məhkum olunmuş Anar Hüseynov isə alın nahiyəsinin əzilmiş xəsarətləri ilə xəstəxanaya gətiriliblər.

Sərvər Quliyevin vəziyyəti orta-ağırdır. Anar Hüseynova isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Xəzər rayon Polis İdarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində adam öldürməyə cəhddə şübhəli bilinən qəsəbə sakini Qorxmaz Əliyev saxlanılıb.

Onun cinayəti törədərkən istifadə etdiyi, kustar üsulla hazırlanmış “Naqan” tipli tapança götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov