19 Noyabr 2018 14:49
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə dələduzluqda, saxta sənədlər hazırlamaqda təqsirləndirilən Yaver Ulluqçunun öz ölkəsinə ekstradisiya edilməsi ilə bağlı Ədliyyə Nazirliyinin təqdimatı üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara əsasən, Yaver Ulluqçu Türkiyəyə ekstradisiya edilib.

Yaver Ulluqçunun 2006-cı ildə Türkiyədə dələduzluqda, saxta sənəd düzəltməkdə, maşınların mühərrikindən nömrələri dəyişdirirək satmaqda ittiham edilib.

Türkiyə məhkəməsi onu 5 il müddətinə azadlıqdan məhrum edib.

İstintaq və məhkəmə dövründə həbsxanada olan Yaver Ulluqçu barəsində hökm çıxarılandan sonra azadlığa buraxılıb.

Məlum olur ki, həmin dövrdə həbsxanada yer olmadığından o, bir müddət azadlığa buraxılıb. Daha sonra Yaver Ulluqçu Azərbaycana gəlib. 2011-ci ildə Azərbaycan vətəndaşı ilə ailə qurub, 3 azyaşlı övladı olub.

Yaver Ulluqçu bildirib ki, Azərbaycana gələndən sonra 2011-ci ildə Türkiyə gedib və 10 gün orada qalıb.

Qeyd edək ki, Türkiyə vətəndaşı Yaver Ulluqçu paytaxtın Səbail rayonunda saxlanılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər