19 Noyabr 2018 22:59
389
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, şəhər ərazisində 6 evdən inşaat materialları və məişət əşyaları oğurlanıb.

1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Cavid Şirməmmədov saxlanılıb.


Müəllif: Hacı Zeynalov