Bakının Səbail rayonu ərazisində mağazaya basqın olub.
Teleqraf.com xəbər verir ki, rayon ərazisində yerləşən “Komputerx” mağazasından 1 ədəd noutbuku oğurlamağa cəhd göstərilib.
Həmin vaxt naməlum şəxs oranin sahibi Əhməd Nacizi ilə rastlaşıb. O, tapança ilə mağaza sahibini hədələyib və hadisə yerini tərk edib.
Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Gürcüstan vətəndaşı Ramil Həsənov tutulub. Ondan qaz tapançası və 6 ədəd patron götürülüb.
Hacı Zeynalov