Daşkəsən rayonunda silahlı insident baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Astaf kənd sakinləri, əvvəllər məhkum olunmuş Xəqani Abdullayev, Sahib Cabbarov, İlham Hüseynov və onun qardaşı İman kəndin ərazisində yerləşən “Göy Yurd” adlandırılan ərazidə ov edərkən tüfəngdən açılmış atəşdən X.Abdullayev ölüb.
Daşkəsən rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Cabbarov, İ.Hüseynov və İman saxlanılıblar.
Hacı Zeynalov