21 Noyabr 2018 07:18
1 224
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə ər ondan boşanmaq istəyən həyat yoldaşını küçənin ortasında qətlə yetirib.

Teleqraf.com xəbər verir ki, hadisə Çanaqqala qəsəbəsinin Esenler məhəlləsində baş verib.

30 yaşlı S.Ş ailədaxili şiddətə görə əri F.Ş-dən boşanmaq üçün məhkəməyə üz utub. Məhkəmə F.Ş-in qadından uzaq durması barədə qərar qəbul edib. Buna baxmayaraq kişi arvadını incitməkdə davam edib.

Ötən gün səhər kişi işə gedən xanımın qarşısını kəsib, onunla xeyli söhbətləşib. Xanımını razı sala bilməyən F.Ş tapançasını çıxararaq öncə arvadını öldürüb, sonra öz başına güllə çaxaraq intihar edib.

Görüntülər sərnişin avtobusuna quraşdırılmış kameranın yaddaşına həkk olunub.


Müəllif: Teleqraf.com