21 Noyabr 2018 14:49
1 124
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda azyaşlılara təcavüz etməkdə və ayrı-ayrı qadınlara qarşı soyğunçuluq etməkdə şübhəli bilinən Amil Paşayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

Daha sonra Amil Paşayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

Daha sonra məhkəmənin qapalı keçirilməsi ilə bağlı qərar qəbul edilib.

Qapalı keçirilən iclasda Amil Paşayev və zərərçəkmişlər ifadə veriblər.

Növbəti proses noyabrın 28-də davam edəcək.

Qeyd edək ki, Xətai rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində ayrı-ayrı vaxtlarda iki qadına hücum edərək zərərçəkənlərin çantalarını ələ keçirməkdə şübhəli bilinən paytaxt sakini Amil Paşayev saxlanılıb.

Araşdırma zamanı məlum ki, o, iyun ayı ərzində metronun “Əhmədli” starnsiyasının yaxınlığında təsadüfən gördüyü qadınları izləyərək münasib bildiyi şəraitdə onların çantalarını açıq talama yolu ilə alaraq hadisə yerindən qaçıb.

Qeyd edək ki, saxlanılan şəxsin ələ keçirdiyi çantaların birində 120 manat pul olub.

İstintaqın gedişi zamanı Amil Paşayevin şübhəli davranışları polis əməkdaşlarında onun başqa cinayətlərdə əlinin olduğuna dair əsaslı şübhələr oyadıb.

Bu səbəbdən Amil Paşayevin ətrafında həyata keçirilən əlavə istintaq-əməliyyat tədbirləri ilə onun 2017-ci ilin dekadr ayından saxlanılan günə qədər Xətai rayonu ərazisində 4 azyaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyi müəyyən edilib.

Əsasən 10-15 yaş arasında olan qızları izləyən Amil Paşayev binaların girişində mərtəbələr arasında yerləşən pilləkən sahələrində onlara hücum edərək seksual xarakterli hərəkətlər edib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər