22 Noyabr 2018 12:35
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda xeyli sayda güclü təsiredici həb qanunsuz dövriyyədən çıxarılıb.

Teleqraf.com xəbər verir ki, Yasamal rayon Polis İdarəsinin 29-cu polis şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayon sakini Z.Abdullayeva saxlanılıb.

Ondan güclü təsiredici xüsusiyyətə malik 305 ədəd metadon həbləri aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.


Müəllif: Hacı Zeynalov