Bakıda qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən İbrahim İbrahimlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
İbrahim İbrahimli 6 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, 10 iyun 2018-ci ildə Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən kafelərin birində spirtli içki qəbul edən İbrahim İbrahimli əvvəlcədən tanımadığı Şahin Əliyevlə aralarında yaranan münaqişə zəminində stolun üstündəki şüşə butulkanı zərərçəkmişə atıb.
Butulka Şahin Əliyevin başına dəyib. Sonra butulkanın sınığı ilə zərərçəkmişə xəsarət yetirib.