23 Noyabr 2018 12:15
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suraxanı rayonunda qeydiyyatda olan 31 yaşlı Aysel Rufullayeva Binə Ticarət Mərkəzində tanış olduğu və qeyri-rəsmi nikahda yaşadığı 1992-ci il təvəllüdlü Rüstəmov Xəzər Yaşar oğlunun onun pullarını və bahalı əşyalarını oğurladığını, özünü insanların gözü qarşısında döydüyünü bildirib.

Şikayətçinin sözlərinə görə, təxminən 3 ay əvvəl iş yoldaşı olan qadının oğlu Xəzər Rüstəmovla tanış olub və aralarında isti münasibətlər yaranıb. Bundan sonra həmin şəxs Ayselin etibarından sui-istifadə edərək ona məxsus "Mercedes A 160” markalı avtomobili satdıraraq öz adına "Hyundai Accent” markalı başqa avtomobil aldırıb. A.Nurullayeva qeyd edib: "Xəzərin anası mənə elə yaxşı münasibət göstərirdi ki, sonradan başa düşdüm ki, onlar dələduzluqla məşğuldurlar. Mənim maşınımı satdırdılar. Təzə avtomobil alarkən Xəzərin rayon qeydiyyatında olduğu və zamin dura bilməyəcəyi üzə çıxdı. Məni inandırıb təzə maşını onun adına qeydiyyata saldırdılar. Lakin bir müddət sonra o, mənim pulumla alınan və mənə məxsus olan avtomobili qaçırdı. Ticarət mərkəzində ondan maşınımı tələb etdikdə məni vəhşicəsinə döydü, daha sonra ikinci mərtəbənin pilləkənindən yerə atdı. Həmin vaxt ağır xəsarətlər aldım. Böyük çətinliklə avtomobilimi geri ala bildim, amma maşının qabaq hissəsi vurulmuşdu, yenidən xeyli xərc çəkməli oldum. Bundan başqa Xəzər mənim 700 manat pulumu, mağazadakı pərdələrimi, geyimlərimi oğurlamışdı. Həmin əşyalar və pul geri qaytarılmadı”.

Qeyri-rəsmi nikahda yaşadığı şəxsin əməllərindən şikayətçi olan qadın bildirib ki, onun xəsarətləri ilə bağlı ekspertiza təyin edilib və rəy verilib. Lakin geridə qalan müddətdə Xəzər Rüstəmov məsuliyyətə cəlb edilməyib. A.Rufullayeva iddia edib ki, istintaq onun Xəzərlə barışaraq məsələyə son qoyulmasına çalışır.

Zorakılıqla qarşılaşmış qadının şikayəti üzrə 10-cu Polis Bölməsində araşdırma aparılır. /Publika.az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər