27 Noyabr 2018 20:42
1 044
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qadın həbs edilib.

Bu barədə Trend-ə açıqlamasında İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədr müavini Elçin Şirinov deyib.

Onun sözlərinə görə, qadın Daxili İşlər Nazirliyinin Müvəqqəti saxlama yerində saxlanılır: "Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Niftəliyeva Samirə Nazim qızı 3 il 8 aydır həyat yoldaşından ayrılıb.

Xəzər rayon Məhkəməsinin qərarı ilə cütlüyün arasındakı nikah pozulub və iki övladı atası ilə qalıb. Məhkəmə hər uşağa görə qadına 100 manat aliment kəsib.

Məhkəmənin aliment barədə qərarı olmasına baxmayaraq, qadın 3 il 8 aydır ki, qərarı icra etmir və alimenti ödəmir. Məhkəmə qərarını icra etmədiyi üçün qadın saxlanılıb və Xəzər rayon Məhkəməsinin qərarı il 10 sutka inzibati həbsə məhkum olunub".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər