Bakının Nəsimi rayonu ərazisində bıçaqlanma hadisəsi olub.
Teleqraf.com xəbər verir ki, rayon ərazisində Ağdam rayon sakini E.Aslanov bıçaqlanıb.
O, bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib və vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini İslam Abdurahmanzadə müəyyən edilərək saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.