29 Noyabr 2018 12:24
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Könül Kərimovaya qarşı dələduzluq edən Məlahət Məmmədova ona dəymiş ziyanın bir hissəsini ödəyib.

Teleqraf.com xəbər verir ki, Məlahət Məmmədova Könül Kərimovaya vurulan 32 min manat ziyandan 11 min manatı ödəyib.

Lakin Könül Kərimova pulun hamısının ödənilməsini tələb edib.

O, bununla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edib.

Qeyd edək ki, müğənni Könül Kərimova və daha 10-dan çox şəxsin pulunu ələ keçirməkdə ittiham olunan Məlahət Məmmədovanın cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

Hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə çıxış edən prokuror Məlahət Məmmədovanın cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 6 il 9 ay 29 gün müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, Məlahət Məmmədova vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq edib.

O, zərərçəkmişlərə ümumilikdə 300 min manatdan çox ziyan vurub.

İstintaq sənədlərinə görə, Məlahət Məmmədova Könül Kərimovanın oğlu Rəşad Rəhimovu Rusiyada ali məktəblərdən birinə qəbul etdirəcəyinə vəd verib, sonradan Azərbaycan Dövlət İqtisad Universitetinə köçürülməsini təşkil edəcəyini deyib.

Bununla bağlı o, Könül Kərimovadan ümumilikdə 32 min manat pul alıb.

Lakin vədinə əməl etməyərək, aldığı pulu mənimsəyib.

İstintaq orqanı tərəfindən Məlahət Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər