İranda dələduzluqda təqsirləndirilən Mohommadreza Ahmadi öz ölkəsinə ekstradisiya edilməsi ilə bağlı Azərbaycan Ədliyyə Nazirliyinin verdiyi təqdimata baxılıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub.
Məhkəmə təqdimat təmin edib, Mohommadreza Ahmadinin İrana ekstradisiya olunması barədə qərar qəbul edilib.
İran vətəndaşı Mohommadreza Ahmadi ölkəsində bankdan kreditə pul götürüb, qaytarmayıb.
Daha sonra həmin şəxs hüquq-mühafizə orqanlarına müraciət edib.
Təbriz şəhər Məhkəməsi Mohommadreza Ahmadi barəsində 2 il qiyabi həbs qərarı çıxarıb.
Daha sonra Mohommadreza Ahmadi barəsində beynəlxalq axtarış qərarı çıxarılıb.
O, bu il Azərbaycanda saxlanılıb.