Türkiyədə Balıkesirin Sındırqı rayonunda polis insan alverinə qarşı növbəti əməliyatını keçirib.
Teleqeaf.com xəbər verir ki, əməliyyat zamanı fahişəliyə vasitəçilik etməkdə şübhəli bilinən doqquz nəfər, eləcə də, dördü azərbaycanlı olmaqla, beş qadın tutulub.
Tutulanların ifadələri ilə biri azərbaycanlı olmaqla iki kişi və bir qadın ələ keçib.
Şübhəlilərdən səkkiz nəfəri azadlığa buraxılıb, onlardan ikisi qadındır. Digərləri hakim qarşısına çıxarılıb və barələrində həbs qətimkan tədbiri seçilib.
Azərbaycanlı qadınlar deportasiya olunmaq üçün miqrasiya xidmətinə təhvil verilib.