Bakıda bankdan əmanətçinin külli miqdarda pulunu oğurlamaqda təqsirləndirilən Elqar Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı dekabrın 4-nə təyin edilib.
İttihama görə, Elqar Vəliyev paytaxtın Nərimanov rayonu ərazisində yerləşən banklardan birində əmanətçinin hesabından 425 min 77 dollar pulu öz kartına köçürüb.
Elqar Vəliyev bankın texnoloji proseslər şöbəsində baş ekspert vəzifəsində çalışıb.