Azərbaycanlı qadınları xarici ölkələrdə cinsi istismara məruz qoymaqda təqsirləndirilən Gülnar Alıyevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı dekabrın 13-nı təyin edilib.
Gülnar Alıyevaya Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri, iki və daha çox şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham edilir.
İş üzrə 3 zərərçəkən qadın tanınıb.
Onların Gülnar Alıyeva tərəfindən Türkiyədə cinsi istisamara məruz qaldığını qeyd olunur.