Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Heydər Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin vəkili Əli Hüseynov vəsatətlə çıxış edib.
O, cinayət işinin düzgün araşdırılmadığını deyib və işin yenidən prokurorluğa qaytarılmasını istəyib.
Məhkəmə vəsatəti təmin edib, cinayət işi yenidən ibtidai istintaqa qaytarılması barədə qərar qəbul edilib.
Qeyd edək ki, hadisə ötən il dekabrın 6-da Qaradağ rayonunda baş verib.
“Mercedes” markalı minik avtomobilinin “Mercedes” yük maşınının arxa hissəsinə çırpılması nəticəsində 5 nəfər ölüb.
İstintaq araşdırması zamanı ağır yol-nəqliyyat hadisəsinin törədilməsində Heydər Quliyev günahkar bilinib. Onun barəsində cinayət işi başlanıb.