Qusar rayonu ərazisində silahlı insident olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, rayon ərazisində Sabirabad rayon sakini Zaman Əhmədov güllələnib. Yaralı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib. Vəziyyətinin ağır olduğu bildirilir.
Məlum olub ki, Zaman Əhmədov Quba rayon sakini Əşrəf Qədirov tərəfindən güllələnib.
Polisin keçirdiyi əməliyyat nəticəsində Əşrəf Qədirov saxlanılıb.
Ondan hadisəni törədərkən istifadə etdiyi lüləsi və qundağı kəsilmiş “TOZ-8” markalı tüfəng götürülüb.
İstintaq araşdırması zamanı məlum olub ki, hadisə qisqancliq zəminində baş verib. Zamin Əhmədov Əşrəfin arvadına mesaj yazıb. Bundan xəbər tutan Zamin onu görüşə çağırıb və görüş zamanı qanlı cinayəti törədib.
Faktla bağlı Qusar rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.