5 Dekabr 2018 09:44
979
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə oğurluq və quldurluq etməkdə təqsirləndirilən Aytən Allahverdiyeva, Şaiq Hacıyev, Adil Nuriyev, Elxan Yaqubovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Cinayət işi üzrə 15 zərərçəkmiş var.

İttihama görə, Mingəçevir şəhərindən Gəncəyə işləmək məqsədi ilə gələn1998-ci il təvəllüdlü Əbruz Mikayıllı kirayə yaşadığı evə maskalı şəxslərin silahlı basqın etməsi barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verib.

Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində müəyyən olunub ki, Goranboy rayon sakinləri - 1997-ci il təvəllüdlü Elxan Yaqubov və 1991-ci il təvəllüdlü Adil Nuriyev dəmir barmaqlıqları qıraraq evə daxil olublar.

Soyğunçuların üzərinə baxış zaman onlardan 1 ədəd “Makarov” tipli tapançaya bənzər alışqan, 1 ədəd vintaçan, 2 ədəd cib bıçağı, 2 cüt əlcək və 1 ədəd tiyəli xəncər formalı bıçaq götürülüb.

Adil Nuriyev əvvəllər məhkumluq həyatı yaşayıb. Dələduzluq etdiyi üçün o, Binəqədi rayon Polis İdarəsi tərəfindən axtarışda da olub.

İstintaq araşdırması zamanı mütəşəkkil dəstənin daha bir neçə üzvü müəyyən edilib.

Məlum olub ki, Elxan Yaqubov və Adil Nuriyev bu ilin fevralın 5-dən 25-dək olan müddətdə Goranboy rayon sakini Eldar Qənbərov, Gəncə şəhər sakinləri Şaiq Hacıyev və Aytən Allahverdiyeva ilə birgə Gəncənin Nizami rayonu ərazisindəki 3 evdən pul, qızıl və məişət əşyaları oğurlayıblar.

Həyata keçirilən əməliyyat tədbirləri ilə Eldar Qənbərov, Şaiq Hacıyev və Aytən Allahverdiyeva saxlanılıblar.

Bu ilin oktyabrında Goranboy rayon polis şöbəsi və Nizami (Gəncə) rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 181-ci (quldurluq) maddələri ilə axtarışda olan Elxan Yaqubov saxlanılaraq istintaqa cəlb edilib.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 177.3.1-ci (mütəşəkkil dəstə tərəfindən oğurluq törətmək) və 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər