6 Dekabr 2018 11:48
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qətl törətməkdə təqsirləndirilən Samir Şabanovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Samir Şabanovun qardaşı Sahib Şabanov ifadə verib.

O deyib ki, qardaşının həyat yoldaşı ilə aralarındakı münasibət normal olsa da, sonradan alimentə görə pisləşib: "Boşanandan sonra məhkəmə qərar çıxardı ki, ayda 100 manat aliment ödənsin. Amma qardaşım hər ay ödəmədi. Hadisə baş verən gün də məhkəmə olacaqdı. Mən atamı xəstəxanaya apardım. Samir də məhkəməyə getmişdi. Axşam gələndə dedi ki, alimentə görə 4 min borcu var və məhkəmə ödəməsini tələb edir.

Dedi ki, Zülfiyyəni atası Hətəmlə məhkəmədən sonra mübahisə edib. Mən də fikir verməməsini istədim".

Sahib Şabanov deyib ki, qardaşının Hətəm Şabanovu öldürməsini anasından eşidib: "Anam dedi ki, qardaşım gətirib telefonu verib. Anama söyləyib ki, Hətəmi öldürmüşəm.

Mən inanmadım. Çünki bir neçə dəfə də demişdi. Mən qardaşımın belə cinayət törədəcəyinə inanmırdım. Buna görə də gedib yatdım. Şəhər polislər gələndə qardaşım da evdə idi. Bizi polisə apardılar".

Prosesin gedişi zamanı mərhumun yaxınları ilə Samir Şabanovun ailəsi arasında bir neçə dəfə mübahisə yaranıb.

Qeyd edək ki, hadisə bu il aprelin 21-də Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib.

Samir küt alətlə Hətəm Şabanovu qətlə yetirib. Hətəm Şabanov Samirin keçmiş qayınatası olub. Onların arasında alimentin ödənilməsinə görə mübahisə yaranıb və Samir sonuncunu qətlə yetirib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər