Bakıda arvadını bıçaqlamaqda təqsirləndirilən Niyaməddin Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Niyaməddin Tağıyevin barəsində 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib.
Qeyd edək ki, Niyaməddin Tağıyev Bakıda ailə münaqişəsi zəminində həyat yoldaşı Şahnaz Tağıyevanı bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan Niyaməddin Tağlyevanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçib.