7 Dekabr 2018 11:26
1 043
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda təqsirli bilinən Rəmziyyə Abbasovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İstintaq orqanı tərəfindən Rəmziyyə Abbasova barəsində Cinayət Məcəlləsinin 144-1.2.2-ci (insan alveri təkrar törətmək), 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək), 144-1.2.1-ci (İki və ya daha çox şəxs barəsində insan alveri törətmək və 144-1.2.4-1-ci (insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədildikdə) maddələri ilə ittiham elan edilib.

İttihama görə, Rəmziyyə Abbasova iki Azərbaycan vətəndaşı olan qadını Türkiyə Respublikasına aparıb və orada kişi müştərilərlə görüşdürüb, bunun müqabilində pul qazanıb.

Zərərçəkmişlərin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə etdiyi şikayətdən sonra Rəmziyyə Abbasovanın barəsində cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər